Müğənni Manaf Ağayev Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub.
Bu barədə məlumatı Lent.az-a BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görəi, Manaf Ağayevlə profilaktik söhbət aparılaraq sərbəst buraxılıb, o, hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.
Xatırladaq ki, bir neçə gün əvvəl “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib.