Mağazadan oğurluq edənlər saxlanıldı
02 mart 2020 10:12 (UTC +04:00)

Mağazadan oğurluq edənlər saxlanıldı

Lənkəranda ehtiyat hisələri mağazasından oğurluq edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə Ələt-Astara magistral yolunun kənarında, rayonun Digah kəndi ərazisində yerləşən ona məxsus traktor ehtiyyat hissələri mağazasında baş verib. Şəhər sakini F.Hüseynov polisə müraciət edərək ona məxsus olan həmin mağazadan müxtəlif vaxtlarda 5555 manat dəyərində ehtiyyat hissələrinin oğurlandığını bildirib.

Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların şəhər sakinləri Mail Fərziyev və Tural Muradlı olduğu müəyyən edilib. Hər ikisi şəxs törətdiyi əməli etiraf edərək, müxtəlif vaxtlarda oğurladıqları ehtiyyat hissələrini rayondakı metal qəbulu məntəqəsinə satdıqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744
avatar

Mehman Nəbiyev

Oxşar yazılar