Lənkəranda karantin rejimini pozan 233 nəfər cəzalandı - FOTO
10 aprel 2020 17:36 (UTC +04:00)

Lənkəranda karantin rejimini pozan 233 nəfər cəzalandı - FOTO

0

Lənkəran karantin qaydaların təmin olunması üçün tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları sakinlərin evdən çıxmasıyla bağlı qadağaları nəzərə alaraq, onlarla profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin edirr. Profilaktiki söhbətlər və xəbərdarlıqlarla yanaşı, reyd xarakterli tədbirlər də təşkil olunur.

Xəbərdarlıqlara məhəl qoymayaraq xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində inzibati qaydada tədbir görülür. Ümumilikdə Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində bu günədək 233 şəxs karantin qaydalarını pozduğu üçün barəsində inzibati qaydada protokol tərtib edilməklə cərimələnib. 1 nəfər isə inzibati qaydada həbs edilib. Barəsində inzibati qaydada tədbir görülmüş şəxslərdən 62-si sürücü, 171-i isə fəaliyyətinə məhdudiyyət qoyulmuş obyekt sahibləri və piyadalardır.

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1547

Oxşar yazılar