Gürcüstandan tütün məmulatlarının və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a daxil olan məlumata görə, Gürcüstandan idarə etdikləri "Vaz 21074", "Mercedes Benz E 240" və "Chevrolet Cruze" markalı avtomobillərlə gələn Azərbaycan Respublikası vətəndaşları "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunublar.
Bu zaman sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.
Gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində 2400 ədəd "King", 3800 ədəd "Marlboro" markalı siqaretlər və üzərində "Neft" yazısı olan 27 ədəd 0,7 litrlik spirtli içki aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.