Külli miqdarda dələduzluqda ittiham olunan qadın azadlıqda
19 fevral 2020 11:51 (UTC +04:00)

Külli miqdarda dələduzluqda ittiham olunan qadın azadlıqda

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Valeriya Panfilovanın barəsindəki hökmdən verilən şikayətinə baxılıb.

APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Panfilova barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, V.Panfilova dörd nəfərə - Nadir Ələkbərov, Nəriman Camalov, Oksana Bojenok və Diana Pavlovaya qarşı dələduzluq edib. O, həmin şəxslərin ümumilikdə 125 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

V.Panfilovanın vəkili Əkrəm Həsənov qeyd edir ki, cinayət işi üzrə zərərçəkmişlər müvəkkilinə həmin pulları 3 faizlə sələm şəklində verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Panfilova 5 il müddətinə azadlıqdan məhrum edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790
avatar

Oxşar yazılar