Külək məktəbin, ticarət obyektlərinin damını uçurdu - YENİLƏNİB
07 mart 2020 15:40 (UTC +04:00)

Külək məktəbin, ticarət obyektlərinin damını uçurdu - YENİLƏNİB

Xaçmaz rayonunda güclü küləyin aşırdığı işıq dirəyi və ağac iki avtomobilə ziyan vurub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. 

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının qarşısında dayanan "VAZ 2106" və "QAZ 3110" markalı avtomobillərin üzərinə işıq və ağacın aşması nəticəsində hər iki maşına ciddi ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Güclü külək nəticəsində rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib və elektrik təchizatında fasilələr yaranıb.

 

***

saat 12:45

Ötən gün axşam saatlarından başlayan güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib. 

APA-nın şimal bürosunun məlumatına görə, rayonun Əhmədoba kənd məktəbinin damı uçub. 

Rayonun Qaradağlı kənd məscidinin yardımçı tikilisinin, habelə Qaracəlli kəndində yaşayış evinin və Xaçmaz-Quba yolunda yerləşən bir neçə ticarət obyektinin damını uçurub.

Bəzi ərazilərdə güclü külək elektrik dirəklərini aşırıb və ağacları kökündən çıxarıb. 

Rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində problemlər yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1108
avatar

Oxşar yazılar