Koronavirusla əlaqədar İranla nəqliyyat əlaqələrini dayandıran ölkələrin sayı 4-ə çatdı
23 fevral 2020 19:53 (UTC +04:00)

Koronavirusla əlaqədar İranla nəqliyyat əlaqələrini dayandıran ölkələrin sayı 4-ə çatdı

Pakistan koronavirus təhlükəsi ilə əlaqədar İranla sərhəddə yerləşən Taftan sərhəd-keçid məntəqəsini müvəqqəti bağlayıb.

APA-nın məlumatına görə, bunu “Dawn” telekanalına açıqlamasında Bəlucistan əyalətinin Daxili İşlər naziri Mir Ziyaulla Lanqove bildirib.

Pakistan Baş Nazirinin köməkçisi Zəfər Mirzə isə bildirib ki, bundan əvvəl İranda səfərdə olmuş şəxslər həkim müayinəsindən keçirilir. Kəraçi, Lahor və Kvett aeroportlarında da sərnişinlərə nəzarət artırılıb.

 

Qeyd edək ki, bundan əvvəl Türkiyə, Əfqanıstan və İordaniya koronavirus təhlükəsi ilə əlaqədar İranla nəqliyyat əlaqələrini dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1862
avatar

Oxşar yazılar