Koronavirusla bağlı yeni mərkəzlər yaradılacaq
05 mart 2020 13:15 (UTC +04:00)

Koronavirusla bağlı yeni mərkəzlər yaradılacaq

0


"Regionlarda və Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq".

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Baş İnfeksionist Cəlal İsayev  bildirib. Onun sözlərinə görə, bu mərkəzlərdə insanlar xüsusi alqoritmlərlə yoxlanacaq: "Xəstəlik aşkar olunan şəxslər olarsa, onlar bu mərkəzlərdə karantinə alınıb müalicə olunacaqlar. Ümumiyyətlə, xəstəliyin kliniki əlamətləri kimdəsə aşkarlansa, onlar istər Bakıda, istərsə də regionlarda həkimə müraciət etməlidirlər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1296

Oxşar yazılar