Koronavirus təhlükəsi ilə əlaqədar Milli Məclisin girişində daxil olan şəxsləri temperaturunun yoxlanılması məqsədilə termovizor qurğusu quraşdırılıb.
Bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
A.Təvəkküloğlu deyib ki, Milli Məclisə daxil olan şəxslər termovizor qurğusu vasitəsi ilə yoxlanışdan keçir. O cümlədən deputatlar da müvafiq qaydada yoxlanışdan keçəcək. A.Təvəkküloğlu indiyə qədər Milli Məclisə gələn şəxslər arasında yüksək temperaturu olan şübhəli şəxsin aşkarlanmadığını da söyləyib.
Eyni zamanda Milli Məclisdə mütəmadi dezinfeksiya işləri də aparılır.