Nərimanov rayon Polis İdarəsinin əməkdaşları əldə olunmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata əsasən, nəticədə Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İ.Bağırovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.