Sumqayıt sakinindən tapança götürülüb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyevdən müvafiq sənədləri olmayan “Marqolin” markalı idman tapançası, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Digər oxşar əməliyyat-axtarış tədbirləri Neftçala Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib.
Nəticədə şəhər sakini V.Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ-20” markalı ov tüfəngi aşkar edilərək götürülüb.