Abşeron rayon Polis İdarəsinin əməkdaşları əldə edilən məlumat əsasında Xırdalan şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə Salyan rayon sakini, əvvəllər məhkum olunmuş R.Əzizovdan “AKM” markalı silah, 1 ədəd patron darağı və 29 ədəd patron aşkar edilərək götürülüb.
Laçın və Kürdəmir rayon sakindlərindən ov tüfəngləri götürülüb.
Laçın rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini S.Məmmədovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.
Kürdəmir rayon Polis Şöbəsi əməkdaşları isə Dayıkazımlı kənd sakini S.Feyzullayevdən “İJ-57” markalı ov tüfəngi aşkar edərək götürüblər.