Fevralın 17-də Bakı şəhərində baş verən 40 cinayətin üstü açılıb.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, onlardan 15-i əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdir.
Narkotiklərlə əlaqəli 6, soyğunçuluq üzrə 1 fakt müəyyən edilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb.
İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Baş vermiş oğurluq əməlləri ilə əlaqədar daha 18 fakt üzrə açılma təmin olunub.