İranda koronavirusa yoluxanların sayı son sutka ərzində 200 nəfər artaraq 593 nəfərə çatıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölkənin Səhiyyə naziri Kianuş Cahanpur ölənlərin isə 43 nəfər olduğunu deyib.
O, ən azı 123 nəfərin sağaldığını qeyd edib.
Fevralın 19-dan bəri 388 koronavirusa yoluxma halı aşkarlanıb.