İki maşın toqquşdu: ölən var
05 mart 2020 12:52 (UTC +04:00)

İki maşın toqquşdu: ölən var

0

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, martın 5-də saat 2 radələrində rayonun Xırmandalı kəndi ərazisində M. Nəsibovun idarə etdiyi “VAZ-21014” və N. Şirinovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə M. Nəsibovun sərnişinlərindən Elnur Xammədli hadisə yerində ölüb, 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1064

Oxşar yazılar