Bu gün səhər saatlarında Hacıqabulda 3,3 bal gücündə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 07:05-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Hacıqabul ərazisində qeydə alınıb.
İlkin məlumatlara əsasən, zəlzələnin ocağı 4 km dərinlikdə olub.
Yeraltı təkanlar rayon ərazisində hiss edilməyib.