Ölkəyə qanunsuz siqaret keçirmək cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a daxil olan məlumata görə, Gürcüstandan gələn, Azərbaycan vətəndaşlarının idarə etdiyi "BMV 523", "Mercedes Benz" markalı avtomobillər "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 17 000 ədəd "King" markalı siqaret aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.