Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 218 nəfərə çatıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bildirilib ki, hazırda ölkə üzrə karantində 4722 nəfər saxlanılır, stasionar müalicədə isə 408 nəfər var. Virusa yoluxmuş şəxslərdən 50-si sağalıb, 3 nəfər isə vəfat edib.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.