Güclü külək nəticəsində Xaçmazda 50-yə yaxın abonent qazsız qalıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhər ərazisində küləyin uçurduğu yarım tikilinin damı qaz xəttini zədələyib.
Nəticədə bir çoxmənzilli bina və 5 fərdi evə “mavi yanacağ”ın verilməsində məhdudiyyət yaranıb.
Rayonun Vələmir kəndində isə külək elektrik dirəyini 57 mm-lik qaz xəttinin üzərinə aşırıb. Burada isə 10-a yaxın abonent qazsız qalıb.
Xaçmaz Regional Qaz İstismar İdarəsinin əməkdaşları qəzaların aradan qaldırılması üçün əraziyə cəlb olunublar.