Gömrük Komitəsi Gürcüstana gedən şəxsdə koronavirus tapılması ilə bağlı məlumat yaydı
27 fevral 2020 14:19 (UTC +04:00)

Gömrük Komitəsi Gürcüstana gedən şəxsdə koronavirus tapılması ilə bağlı məlumat yaydı

İrandan Azərbaycan vasitəsilə Gürcüstana gedən Gürcüstan vətəndaşında koronavirus aşkarlanması ilə bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Komitədən Lent.az-a verilən məlumata görə, həmin şəxs fevralın 25-də saat 06:50-də Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxilolmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb.

Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb. Həmin vətəndaş fevralın 25-də saat 17:09-da "Qırmızı Körpü" gömrük postu vasitəsilə ölkəni tərk edib.

Onu da qeyd edək ki, Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlardan da aydın görünür ki, xüsusi laboratoriyada aparılan müayinə və analizlərdən sonra həmin şəxsin virus daşıyıcısı olduğu müəyyən edilib.

Hazırda həmin şəxslə təmasda olan əməkdaşlar müəyyənləşdirilərək müşahidə altına alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856
avatar

Mehman Nəbiyev

Oxşar yazılar