Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin başlatdığı “Əsgərə salam” aksiyasına qoşulub.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, Bakı Regional Mərkəzinin hərbi qulluqçuları “Əsgərə salam” aksiyasına qoşulmaqla vətənimizin bütövlüyü və toxunulmazlığı uğrunda canlarından belə keçməyi gözə alan və işğal altında olan torpaqlarımızı hər an qaytarmağa hazır olan əsgər və zabitlərimizə öz dəstəklərini nümayiş etdiriblər.
Qeyd edək ki, Bakı Regional Mərkəzi tərəfindən “Əsgərə salam” aksiyası üzrə dəstək 20 Yanvar abidəsinin önündə, Şəhidlər xiyabanında, eləcə də Bakı Regional Mərkəzinin inzibati binasının qarşısında baş tutub.