Fevralın 6-da Gədəbəy rayon ərazisindəki evlərin birindən 3500 manat oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qızıltorpaq kənd sakini, əvvəllər məhkum olunmuş Ç.İbrahimov saxlanılıb.