Əməkdar artist Elza Seyidcahan polisə müraciət edib. Lent.az-ın məlumatına görə, müğənni bu barədə “Hər şey daxil”də danışıb. O, bildirib ki, buna səbəb ifaçının adından sosial şəbəkədə yayılan şeir olub.
"Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Adımdan yazılan bütün şeirləri yayanları tapsınlar. Həmin şeirləri mən yazmıram. Özü də mənim adımdan siyasi xarakter daşıyan şeirlər yayırlar".