Diaspora sədri Ural Hava Yollarına müraciət etdi: “Orada 400 vətəndaşımız qalıb”
08 may 2020 14:34 (UTC +04:00)

Diaspora sədri Ural Hava Yollarına müraciət etdi: “Orada 400 vətəndaşımız qalıb”

“Aprel ayından üzü bəri 800 ailəyə ərzaq yardımı olundu. Bundan başqa, həmyerlilərimizin vətənə, Azərbaycana qayıtması üçün bir çarter reysi təşkil etmişik. İkinci çarter reysi də hazır idi. Amma biletlər çox baha olduğundan reys təxirə salındı. Hər adamın 400 avroya gücü çatmadı”.

Bu sözləri Lent.az-ın əməkdaşıyla söhbətində Yekaterinburqda fəaliyyət göstərən “Azərbaycan - Ural” Cəmiyyətinin sədri Şahin Şıxlinski bildirib.

Onun dediyinə görə, Sverdlovsk vilayətində xeyli azərbaycanlı miqrant yaşayır: "Onlar hər ay qazandıqları pulun böyük bir hissəsini Azərbaycana, ailələrinə göndərirlər. Amma neçə vaxtdır iş yerləri bağlıdır. Mən vilayətdəki imkanlı azərbaycanlı iş adamlarından xahiş etdim ki, onların mart, aprel və may ayı üçün əmək haqları saxlanılsın. Onlar da mənim xahişimə qulaq asıb miqrantlarımızın maaşlarını ödəyirlər. Bundan başqa, burada yaşayan və imkanı olmayan xeyli ailəyə beş min rubl yardım etmişik. Kirayədə qalan azərbaycanlı tələbələrin də sosial problemlərinə yardımçı olduq. Onların kirayə qaldıqları mənzillərin sahibləri ilə danışıqlar apardıq. Aylıq kirayə haqlarını yarıbayarı azaldılmasına nail olduq”.

Şahin Şıxlinskinin dediyinə görə, Bakı-Yekaterinburq reysi ilə karantin rejimində qalan insanların bu və ya digər istiqamətə daşınması üçün Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevə də dəstək məktubu göndərib.

“Bu işlə gecə-gündüz məşğuluq. Azərbaycanın Yekaterinburqdakı konsulluğu, Rusiya XİN-in Ural regionu üzrə nümayəndəsi Aleksandr Xarlov da bu istiqamətdə əllərindən gələni edir. Mənim fikrimcə, bu məsələ tez bir zamanda həllini tapacaq”. 

 

Həmsöhbətimizin dediyinə görə, karantin rejimi başlayandan Ural regionunda yaşayan 15 həmyerlimiz dünyasını dəyişib. “Biz ən qısa sürətdə onların sənədləşmə işlərini həll edib maşınla 200 nömrəli yük kimi Dərbəndə, Azərbaycan sərhədinə göndərdik. Ordan isə dəfn olunmaq üçün vətənə göndərildi”.

Şıxlinski deyir ki, iki gün əvvəl Ural Hava Yollarının prezidenti Kirill Skuratova rəsmən müraciət edib. “Mən qeyd etdim ki, pandemiya ilə bağlı Uralda xeyli Azərbaycan, Azərbaycanda da 400 nəfərə qədər Rusiya vətəndaşı qalıb. Onlar evlərinə qayıda bilmirlər. Mən Kiril Sergeyeviçdən onu da xahiş etdim ki, çarter reyslərinin qyiməti də sərnişinlər üçün məqbul olsun. Ümid edirəm ki, müsbət cavab alacağıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2523
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar