Daxili orqanında narkotik keçirmək istəyi alınmadı - FOTO
18 fevral 2020 19:22 (UTC +04:00)

Daxili orqanında narkotik keçirmək istəyi alınmadı - FOTO

İrandan gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin şəxsi yoxlama zamanı onun daxili orqanlarında narkotik vasitə gizlətdiyi ehtimal edilib və o, müayinə olunması üçün Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Rentgen müayinəsi zamanı vətəndaşın düz bağırsağında 2 ədəd bükümdə, qablaşdırması ilə birgə çəkisi 22 qram olan psixotrop maddə - metamfetamin, 51 ədəd üzərində "M40" yazısı olan "metadon" həbi aşkarlanıb.

Qeyd edək ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, metamfetamin isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1395
avatar

Mehman Nəbiyev

Oxşar yazılar