Norveçdə yeni tip koronavirusa yoluxanların sayı 15 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə Norveç Milli Sağlamlıq İnstitutu məlumat yayıb.
Dünən daha 8 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxanların 3-ü Oslodakı xəstəxananın əməkdaşlarıdır.
Xatırladaq ki, Norveçdə kornavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb. Həmin şəxs Çindən ölkəyə qayıdan Norveç vətəndaşı olub.