Bakının Sabunçu rayonunda yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon ərazisində beşmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan taxta tullantıları 10 m² sahədə yanıb. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.