Baş Prokurorluqda YENİ TƏYİNAT
26 fevral 2020 12:34 (UTC +04:00)

Baş Prokurorluqda YENİ TƏYİNAT

Dövlətin həyata keçirdiyi gənclər siyasəti prokurorluq orqanlarında da öz bəhrəsini verir.

Lent.az-ın əldə etdiyi məlumata görə Baş prokurorun köməkçisi Zaur Axundzadə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə Baş Prokurorluğun veb saytının müvafiq bölməsində məlumatlar yenilənib.

Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edilməlidir ki, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən etibarən gənc hüquqşünasların prokurorluq orqanlarına işə qəbulu test üsulu ilə həyata keçirilir.

Şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu ilə aparılan işə qəbulun bu mütərəqqi yolu prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaradıb.

Təqdirəlayiq haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olmuş yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən gənc prokurorluq işçilərinə yüksək etimad göstərilərək onlar müxtəlif vəzifələrə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrə irəli çəkilirlər.

Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun imzaladığı əmrlə Baş prokurorun köməkçisi, ədliyyə müşaviri Zaur Axundzadənin Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilməsi ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluq orqanlarında aparılan kadr islahatlarının uğurudur.

Əldə etdiyimiz məlumata görə, Zaur Axundzadə Baş prokurorun köməkçisi vəzifəsindən əvvəl, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ayrı-ayrı idarələrində prokuror və digər məsul vəzifələrdə çalışıb.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1446
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28