Bakının 3 rayonu üzrə pensiyalar ödənildi
09 aprel 2020 14:49 (UTC +04:00)

Bakının 3 rayonu üzrə pensiyalar ödənildi


Bakının Nizami, Nərimanov və Xətai rayonları üzrə pensiya ödənişləri də həyata keçirilib. Pensiya vəsaitləri həmin rayonlar üzrə pensiyaçıların (85994 nəfər) bank hesablarına köçürülüb.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, sabah Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək. Ayın 15-də respublikanın digər rayonlar üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq və aprel ayının pensiyalarının ödənişi prosesi başa çatacaq: "Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. Pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq".

# 1344
avatar

Oxşar yazılar

Bakıda “BMW” və "Hyundai" toqquşdu , xəsarət alanlar var

Bakıda “BMW” və "Hyundai" toqquşdu, xəsarət alanlar var

15 aprel 2024 , 02:18
Gəncədə avtomobil evlə birlikdə  yandı -FOTO

Gəncədə avtomobil evlə birlikdə yandı -FOTO

15 aprel 2024 , 01:51
Bakıda gənc oğlan bıçaqlandı

Bakıda gənc oğlan bıçaqlandı

14 aprel 2024 , 23:52
Qəbələdə güclü yanğın: iki ton ot bağlaması yandı

Qəbələdə güclü yanğın: iki ton ot bağlaması yandı

14 aprel 2024 , 21:41
Azyaşlı belə xilas edildi-VİDEO

Azyaşlı belə xilas edildi-VİDEO

14 aprel 2024 , 19:27
Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı

14 aprel 2024 , 17:33
İmişlidə  FACİƏ:   iki məktəblini "tok" vurub  öldürdü -YENİLƏNİB

İmişlidə FACİƏ: iki məktəblini "tok" vurub öldürdü-YENİLƏNİB

14 aprel 2024 , 16:46
Gəncədə zəncirvarı qəza

Gəncədə zəncirvarı qəza

14 aprel 2024 , 15:36