Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB
24 fevral 2020 11:11 (UTC +04:00)

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB

0

Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 47 ünvanında 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzildə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Lent.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

10:59

Bakıda yaşayış binasında yanğın başlayıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 47 ünvanında 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1348

Oxşar yazılar