Bakı şəhəri Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında ölən şəxsin cibindən oğurluq edilib.
Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.
Onlar bildiriblər ki, şəkəri qalxdığı üçün xəstəxanaya gətirilən və dünyasını dəyişən, 1956-cı il təvəllüdlü Vaqif Ağayevin reanimasiya şöbəsində cibindən 560 manat götürülüb.
Məsələ ilə bağlı xəstəxana rəhbərliyinə və polisə məlumat verilib.
Qohumların iddiası ilə bağlı xəstəxanadan APA-nın sualına cavab vermək istəməyiblər.