Bakıda baş verən ağır yol qəzasında ölənlərdən ikisinin adı məlum olub.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “BMW-X5”, “Daewoo” və “Fiat” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Daewoo” və “Fiat” yaxınlıqdakı bataqlığa düşüb. Nəticədə “Daewoo”da olan sərnişin, 50 yaşlı Fatimə Arif qızı Quliyeva və “Fiat”da olan, 25 yaşlı Hikmət Məhəmməd oğlu Lətifov ölüblər. Qəza nəticəsində ölən digər qadının şəxsiyyəti hələlik məlum deyil.
***
17:35
Xocəsən qəsəbəsində baş verən qəzada ölənlərin sayı 3-ə çatıb.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib. Qeyd olunub ki, hadisədə yaralanan kişi də dünyasını dəyişib.
***
17:17
Bakıda ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb. Üç avtomobil toqquşub, onlardan biri gölə düşüb.
TƏBİB-dən bildirilib ki, qəza nəticəsində iki qadın ölüb, 1 kişi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.