Bakıda sürücü idarəetməni itirərək avtomobili işıq dirəyinə çırpıb - FOTO - VİDEO
03 mart 2020 07:14 (UTC +04:00)

Bakıda sürücü idarəetməni itirərək avtomobili işıq dirəyinə çırpıb - FOTO - VİDEO

0

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Abdulla Şaiq küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, “Hyundai” markalı avtomobilin sürücüsünün diqqəti mobil telefonda olduğundan sükana nəzarəti itirib və nəticədə yol kənarındakı işıq dirəyinə çırpılıb. 

Hadisə nəticəsində sürücü yüngül bədən xəsarəti alıb. 

Baş vermiş qəza ilə bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1095

Oxşar yazılar