Bakının Xəzər rayonunda etil spirtindən zəhərlənmə qeydə alınıb.
Lent.az-ın məlumatına görə, aprelin 8-də rayonun Şüvəlan qəsəbəsində yaşayan 42 yaşlı Pavlov Dmitriy Anatolyeviç etil spirti qəbul edərək zəhərlənib. Onun aprelin 9-ad səhər saat 10 radələrində öldüyü bildirilir.
Məlumatla əlaqədar prokurorluq və məhkəmə-tibbi ekspertiza əməkdaşları meyitə baqış keçirib. Müayinə zamanı ölümün metanolla kəskin zəhərlənmə baş verdiyi məyyən edilib. Hadisə yerinə baxış zamanı isə içərisində spirt olan bir ədəd plastik qab da tapılıb.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.