Bakıda özünü müalicə olunduğu palatadan atan xəstə ilə bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB
08 noyabr 2019 11:12 (UTC +04:00)

Bakıda özünü müalicə olunduğu palatadan atan xəstə ilə bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB

Respublika Diaqnostika Mərkəzi dünən baş verən intihar hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Diaqnostika Mərkəzindən Lent.az-a verilən məlumata görə, dünya statistikasına əsasən, xroniki böyrək çatışmazlığından əziyyət çəkən və böyrək transplantasiyası icra olunmuş xəstələrin 25%-i ağır depressiv vəziyyətdə olur.

Bununla bərabər, dünyada aparılan ciddi statistika araşdırmalara görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin 21%-də suisidial cəhdlər qeydə alınır. Dünya üzrə xəstəxanalarda baş verən suisidial hallar isə 6,1% təşkil edir: “Qeyd etmək istəyirik ki, böyrəkköçürmə əməliyyatından əvvəl hər bir xəstə və donoru psixiatr müayinəsindən mütləq şəkildə keçir. Martın 1-də müayinə olunmaq üçün Respublika Diaqnostika Mərkəzinə müraciət edən 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu da bütün zəruri müayinələrdən, həmçinin psixiatr baxışından keçib. Sentyabrın 23-də xəstə əməliyyat olunaraq ona böyrək köçürülüb. Oktyabrın 5-i normal vəziyyətdə evə yazılıb. Xəstənin əməliyyatla bağlı bütün xərcləri Səhiyyə Nazirliyi tərəfindən ödənilib. Xəstə aldığı immunsupressiv (immunitet sisteminin zəifliyi) müalicə ilə bağlı bir sıra narahatlıqlar yaşadığından yenidən müayinə olunması üçün oktyabrın 9-da xəstəxanaya yerləşdirilib. Həmin tarixdən noyabrın 7-nə kimi aparılan müalicə nəticəsində xəstənin ümumi vəziyyətində yaxşılaşma müşahidə olunub. Xəstənin laborator göstəriciləri və əməliyyatdan sonra köçürülmüş böyrəyinin vəziyyəti normal və qənaətbəxş idi. O, xəstəxanada müalicədə olduğu müddət ərzində, həmçinin intihar hadisəsinin baş verdiyi gün də ailə üzvləri ilə görüşüb. Yaxın günlərdə evə yazılması planlaşdırılırdı”.

Qeyd edək ki, İ. Gülməmmədov noyabrın 7-də isə müalicə olunduğu xəstəxananın 5-ci mərtəbəsinin pəncərəsindən özünü yerə atıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

****

7 noyabr, saat 22:32

Bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzində ölüm hadisəsi qeydə alınıb. 

APA-nın əldə etdiyi məlumata görə, böyrəyindən əməliyyat olunan 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu özünü xəstəxanada qaldığı otağın pəncərəsindən atıb.
O, aldığı xəsarətlərdən ölüb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən APA-ya bildirilib ki, xəstə İ.Gülməmmədov ilk dəfə bu il martın 1-də müayinə olunmaq üçün xəstəxanaya müraciət edib: “Sentyabrın 23-də xəstə əməliyyat olunaraq ona böyrək köçürülüb. Gülməmmədov əməliyyatdan sonra evə buraxılıb. Oktyabrın 9-da o, yenidən müayinə olunması üçün xəstəxanaya müraciət edib. Həmin tarixdən bugünədək Diaqnostika Mərkəzində müalicə olunub. Bu gün isə xəstəxananın 5-ci mərtəbəsində müalicə olunduğu palatanın pəncərəsindən özünü yerə atıb”. 

Bildirilib ki, xəstənin özünü atmasının səbəbləri hələlik məlum deyil.

İ.Gülməmmədovun meyiti Məhkə Tibbi Ekspertiza və Patoloji Anatomiyta Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6095
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar