Bakıda ölüm hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 49 yaşlı Elçin Mürşüd oğlu Dadaşovun meyitini yaşadığı ünvanda yaxınları aşkar edib.
Meyitin ilkin müayinəsi zamanı E. Dadaşovun qəbul etdiyi narkotikdən zəhərlənərək öldüyü məlum olub.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.