Bakıda minik avtomobili yük avtomobilinə çırpılıb, xəsarət alan var - FOTO
04 mart 2020 23:48 (UTC +04:00)

Bakıda minik avtomobili yük avtomobilinə çırpılıb, xəsarət alan var - FOTO

 

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

“Renault” markalı minik avtomobilini idarə edən sürücü minik avtomobilini Sənan Əsgərlinin hərəkətdə olan betonqarışdıran yük maşınına çırpıb. Daha sonra idarəetmədən çıxan minik maşını yol kənarında hərəkətsiz dayanan Eldar Bağırova məxsus “KamAz” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin 1986-ci il təvəllüdlü Cavid Mahmudov ağır xəsarət alıb.

Hadisə yerinə Nərimanov DYPŞ-nin əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1148

Oxşar yazılar