Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxsin ailəsi Bərdədə müayinə olunur.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bərdədə məskunlaşan kəlbəcərli məcburi köçkün ailənin övladları koronavirus şübhəsi səbəbindən Bakı şəhərində xəstəxanaya yerləşdirilib. Ailənin məskunlaşdığı qəsəbədə fəaliyyət göstərən səhiyyə müəssisəsinin həkimləri onun ailə üzvləri ilə söhbət aparıb. Xəstənin ailəsi ilə heç bir kontaktı olmadığı deyilib.