Bakıda kişi və qadının hamamda meyitləri tapıldı
21 fevral 2020 09:20 (UTC +04:00)

Bakıda kişi və qadının hamamda meyitləri tapıldı

Bakının Xəzər rayonunda iki nəfər dəm qazından ölüb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Türkan qəsəbəsində “Aqroprom” bağları deyilən ərazidə, ev 290 ünvanında baş verib. Belə ki, 59 yaşlı Cavadov Natiq Əfsər oğlu və 53 yaşlı Zeynalova Aytən Hətəm qızı həmin evin hamamında birlikdə çimərkən dəm qazının təsirindən zəhərlənib ölüblər.

Faktla əlaqədar Bakı Şəhər Prokurorluğunun Kriminalistika Şöbəsinin, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Meyitlər müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza və patoloji anotomiya birliyinin yerli şöbəsinə göndərilib.

Hadisə ilə bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2360
avatar

Mehman Nəbiyev

Oxşar yazılar