Bakıda küçədə kişi meyiti tapılıb.
APA-nın məlumatına görə, meyit paytaxtın Yasamal rayonu, M. Əliyev küçəsi 130-un qarşısında aşkarlanıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Araşdırmalar zamanı meyitin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Xəlilov Əhmədxan Balı oğlu olduğu müəyyən edilib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.