Bakıda narkotik alverçisi saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları əldə edilən məlumat əsasında əmliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini M.Mustafayev saxlanılıb.
Şəxsi baxış zamanı onun üzərindən 905 qram heroin aşkar edilərək götürülüb.