Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonundan qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, G. Məmmədova tələbə olub.