Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 155 m² olan 3 otaqlı mənzilin eyvanında plastik üzlükdən ibarət dolab və içərisinə yığılan əşyalar 1 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
21:30
Bakının Nərimanov rayonunda yanğın hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə Gülarə Qədirbəyova küçəsi 8 ünvanında baş verib.
18 mərtəbəli binanın 4-cü mərtəbəsində eyvanda alov başlayıb. Evdə heç kim olmadığından əraziyə cəlb edilən FHN əməkdaşları xüsusi texnika ilə eyvana daxil olub. Alovun qarşısı alınıb.
Hazırda ərazidə FHN-in 4 texnikası və canlı briqadası yanğının səbəblərini araşdırır.