Bakıda əcnəbi vətəndaşın ofisindən 60 min manat apardılar
04 mart 2020 09:22 (UTC +04:00)

Bakıda əcnəbi vətəndaşın ofisindən 60 min manat apardılar

Bakıda inzibati binadan 60 min manatlıq oğurluq olub.

APA-nın məlumatına görə, əcnəbi vətəndaş Spelanay Xeyrullah Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, Hüseyn Cavid prospekti, ev 20-də yerləşən inzibati binada naməlum şəxslər onun xidməti otağından 35.255 dollar (59933 manat) oğurlayıblar.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) madəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 986
avatar

Oxşar yazılar