Bakıda bu da oldu: maska taxıb gizli kafe işlədirlər- FOTO
09 aprel 2020 12:17 (UTC +04:00)

Bakıda bu da oldu: maska taxıb gizli kafe işlədirlər- FOTO

Səbail rayonunda xüsusi karantin rejiminin tələblərini pozaraq gizli şəkildə fəliyyət göstərən kafe aşkar edilib.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən “Şərur” kafesinin xüsusi karantin rejimini pozaraq gizli şəkildə fəaliyyət göstərdiyi aşkar olunub. Həmin kafenin sahibi Xətai rayonunda yaşayan Azər Nağıyev və obyektdə olan 3 nəfər müştəri saxlanılaraq Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan kafedə olan müştərilər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər. Obyektin sahibi Azər Nağıyev barəsində isə toplanan materiallara hüquqi qiymət verilərək qərar qəbul olunması üçün məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2866
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21