Bakıda iki nəfər dəm qazından boğulub.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisindəki evlərdən birində kirayədə yaşayanlar - 60 yaşlı Qulamov Bəşir Əbülfəz oğlu və 38 yaşlı M.Z. dəm qazından boğularaq ölüblər.
Onlar qeyri-rəsmi nikah münasibətlərində olublar.