Bakının Ziya Bünyadov prospektində obyektlər yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 104 ünvanında ümumi sahəsi 1800 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin (taxta emalı sexi, boyama sexi və bir hissəsi anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində olan əşyalar 70 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.