Bakıda avtoyuma məntəqəsi yandı
28 fevral 2020 09:23 (UTC +04:00)

Bakıda avtoyuma məntəqəsi yandı

Bakının Nizami rayonunda avtoyuma məntəqəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, rayon ərazisində ümumi sahəsi 40 m² olan avtoyuma məntəqəsinin damının taxta atmaları və içərisində olan əşyalar 10 m² sahədə yanıb.

Avtoyuma məntəqəsinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838

Oxşar yazılar