Bakıda sürücü sükan arxasında ölüb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon sakini, 81 yaşlı Quliyev Heydər Heydərqulu oğlu özünə məxsus avtomobildə ölü tapılıb.
Onun sükan arxasında ürək tutmasından öldüyü ehtimal edilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.