Rusiyanın Sestroretsk şəhərində bıçaqlanma baş verib.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Voladarski küçəsi 74 ünvanında qeydə alınıb. İki azərbaycanlı qardaşın spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb. Nəticədə 32 yaşlı azərbaycanlı öz kiçik qardaşını bıçaqlayıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkəni xəstəxanaya, digərini isə polis bölməsinə aparıblar.